İrəvanda azərbaycanlı saxlanılıb? - Rəsmi açıqlama

"İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar reallığa uyğun gəlmir".

Olaylar xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan "Armenpress"in müxbiri la söhbətində bildirib.

O qeyd edib ki, saat 23:25 radələrində Rusiya vətəndaşı narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb:

"Lakin onun üzərindən narkotik tapılmayıb. Məlum olub ki, o, Ermənistanda turizm məqsədi ilə olub. Ona görə də həmin şəxs azadlığa buraxılıb", - Sərkisyan qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində İrəvanda "azərbaycanlı təxribatçının saxlanıldığı" barədə xəbərlər yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31