Erməni cəmiyyəti hər zaman maksimalist arzular və iddialarla yaşayıb- ÖZƏL

"Ermənistan cəmiyyətində Brüssel görüşündən gözləntilər həddən artıq yüksək idi". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Hesab edirdilər ki, bu  görüşdə Ermənistana bir neçə milyard dollar vəsaitlər ayrıla bilər və bu vəsaitlərin verilməsi bir neçə il davam edər. Amma açıqlanan məbləğ təbii ki, bu gözləntilərin həddən artıq altında qaldı. Bu da Ermənistan cəmiyyətində müəyyən xəyal qırıqlığı yaratdı deyə bilərik. Təbii ki, Aİ və Amerika Ermənistanı Rusiyadan ayırmağa çalışırlar, müəyyən vədlər verirlər. Amma nəzərə almaq lazımdır ki, bəli bu siyasət həm də Güney Qafqazda gərginliyin saxlanmasına yönəlib. Rusiya ilə Ermənistan üzərindən geosiyasi bir rəqabət, savaş aparılmaqdadır. Bu da bölgəyə heç də sülh və sabitlik vəd etmir. Nəzərə almaq lazımdır ki, bu görüşmələrdə Rusiya ilə bərabər əsas hədəf həm də Azərbaycandır. Çünki, Ermənistanda revanşist əhval-ruhiyyəni və Ermənistan güclənərkən onun əsas toqquşacağı bölgə Azərbaycandır. Məhz bu baxımdan da bu görüşün Azərbaycanın maraqlarına zidd olduğunu deyə bilərik. Amma təbii ki, erməni cəmiyyəti hər zaman maksimalist arzular və iddialarla yaşayıb. O baxımdan bu arzularla gerçəklik uyğun gəlməyəndə xəyal qırıqlığı yaranır deyə bilərik. Hazırki görüşü də bu qəbildən hesab etmək olar. Başqa bir məsələ də bundan ibarətdir ki, saatlarla davam edən bu görüşdə daha hansı məsələlərin müzakirə olunması ilə bağlı hələlik tam şəkildə məlumatlı deyilik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31