Avropa nə qədər Ermənistana dəstək olsa da... ÖZƏL
8 Aprel 2024 20:11 Siyasət"Vahe Davtyan reallığı deyir. Həqiqətən də Brüssel görüşündə Ermənistan istədiyi böyük dəstəkləri almadı".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Düzdür, bağlı qapılar arxasında Ermənistana hansı vədlərin verildiyini bilmirik. Amma istənilən halda Ermənistan öz axtardığı gözləntilərin heç birini əldə edə bilmədi deyə düşünürəm. Bu da istənilən halda Ermənistanın Brüssel görüşündə məyusluğa və məğlubiyyətə düçar olduğunu söyləməyimizə əsas verir. Düşünürəm ki, Brüssel formatı Ermənistanın bir dövlət olaraq nə qədər zəif və ikiüzlü olduğunu, eyni zamanda Paşinyanın da bir siyasətçi olaraq öz dövlətini xarici güclərə necə peşkəs etdiyini görürük. İstənilən halda Avropa nə qədər Ermənistana dəstək olsa da, Ermənistanın əlində o qədər də böyük imkanları olmadığını unutmamalıyıq. Bölgənin iqtisadiyyatında Rusiya hələ də lider mövqedədir. Bunu da başa düşən Brüssel Ermənistan hakimiyyətinin və ictimai rəyinin gözlədiyi dəstəkləri Ermənistana göstərməyərək həm Ermənistanı yarı yolda qoydu, həm də Ermənistana böyük bir zərbə vurmuş oldu. Bu da Ermənistanda antiqərb ritorikasının, Qərb əleyhinə revanşistlərin çağırışlarını daha da gücləndirəcək".