Qərbin dəstək anlayışı: “Boş hay-küy”-Mübariz Göyüşlü- ÖZƏL

"5 apreldə keçirilən ABŞ-Ermənistan-Aİ görüşü barədə çox böyük təbliğat qurmuşdular. Guya Ermənistana dəstək olunacaq və Ermənistan bu dəstək nəticəsində regionda iqtisadi mənada yüksək inkişaf əldə edəcəkdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Bizim gördüyümüz 330-350 milyom avroya yaxın məbləğdə yardım oldu. Bu 1 aya, 1 ilə yox, bir neçə il ərzində həyata keçəcək məsələdir. Bu, elə də böyük hadisə deyildi. Bu məbləğdə yardım ətrafında bu qədər təbliğat, hay-küyə ehtiyac yox idi. Hadisələri soyuq başla təhlil edən ermənilər anlayırlar ki, burda dəstək məsələsi böyük məsələ deyil, əsasəm sözlərdən ibarətdir. Eyni situasiyanı aşağı-yuxarı Ukrayna hadisələrində də müşahidə etmişdik. Orda da Qərb böyük bir təbliğat qurmuşdu ki, Ukrayna əks hücuma keçir, biz silahlar, pul verəcəyik. Nəticədə bu gün Ukrayna dövləti çox ağır vəziyyətə düşüb. Ermənistan da bu hay-küyə getdi. Qərbin bütün vədləri, dəstəyi, dəstək anlayışı bundan ibarətdir: "Boş hay-küy, təbliğat, söz yığını". Ermənistan hadisələrə real yanaşmalıdır, real qiymətləndirməyə çalışmalıdır. Sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanla anlaşmağa çalışmalıdır. Türkiyə ilə anlaşmağa çalışmalıdır. Boş  quru vədlərdənsə, bundan daha çox fayda əldə edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31