Qərb riskə getmək istəmir-Zeynal Əmrəliyev- ÖZƏL
8 Aprel 2024 15:32 Siyasət"Qərb həmin görüşdə Ermənistanın istədiyini ona vermədi. Ermənistanın gözləntisi milyardlar idi. Erməni cəmiyyətində, mediada bu, müzakirə olunurdu, amma biz bunu görmədik".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Vahe Davtyanın açıqlaması kifayət qədər düzgündür. Burda Ermənistanın konkret həll olunacaq problemi məsələləri var idi. Ayrılan məbləğ həmin məsələlərin həllinə heç bir köməklik göstərmir. Xüsusi olaraq qeyd edim ki, həmin vəsaitin konkret istiqaməti də göstərilib. Qarabağdan köçənlərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün nəzərdə tutulduğu qeyd olunur. Hətta bu vəsait Qarabağ ermənilərinin sosial problemlərini həll etməyə belə kömək etmir. Ermənistan üçün çox az bir vəsait ayrılıb. Hal hazırda Ukraynada müharibə gedir və demək olar ki, bütün ABŞ və Avropa buna istiqamətlənib. Belə bir halda bir tərəfdən Ermənistanın da Qərbə boyun olması Qərbi bir qədər çətin vəziyyətə salır, yükünü artırır. Xüsusilə də Ukraynaya dəstək məsələsində. Qərb ölkələri öz seçimləri ilə çox ciddi problem yaşayırlar. Onların reytinqləri aşağı düşür, həmin ölkələrdə seçkilər olacaq. Belə olan halda seçkilərdə onların öz müxaliflərinə uduzmaq ehtimalı artır. Ona görə də, risklərə getmirlər. Mümkün qədər risklərdən qaçırlar. Nəticə etibarı ilə də eyni ssenarini Ermənistanda da yaşamaq istəmirlər. Ukrayna onlara bəs edir. Bir də Ermənistanda bu problemləri yaşamaq istəmirlər. Ona görə də, Paşinyana kiçik məbləğ verdilər. Paşinyan da bundan ruhlanaraq Qərbə doğru inteqrasiya etmək, istiqamətlənmək istəyirdi. Hazırda erməni höküməti çox çətin vəziyyətdədir. Onu nə Rusiya təmin etmir, nə də Qərb. Ümidi Qərbə idi, bu görüşdən sonra Qərbdən də ümidi üzüldü. Erməni cəmiyyətində çaşqınlıq hökm sürür. Biz əvvəlcədən də bunu qeyd etmişik ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycanın haqlı tərəflərini qəbul edərək Azərbaycanla sülh müqaviləsi imzalamaq və regional əməkdaşlıq mühitində, kommunikasiya xətlərində, kommunikasiyalarda iştirak etməkdir. Ermənistanı bu vəziyyətdən ancaq bu çıxaraq bilər. Paşinyan höküməti bunu dərk edib, başa düşməlidir. Nə Rusiyaya geri dönmək, nə də Qərbə istiqamətlənmək çıxış yolu deyil".