Soyqırım cinayəti beynəlxalq məhkəmələrin müzakirəsinə çevrilməlidir- ÖZƏL

"32 il əvvəl Ağdabanda ermənilərin törətdiyi soyqımı hadisələrinin ildönümüdür. Təbii ki, insanlığa qarşı törədilmiş heç bir qanlı hadisə  unudulmayacaq.  Bir qrup Vətəndaş Cəmiyyəti təmsilçisinin, həmçinin Ağdaban sakinlərinin bəyanatı oldu. Müxtəlif  anma tədbirləri keçirilir. Bu bu addımlar çox zəruridir". "Olaylar" xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli deyib: "Amma  heç zaman unudulmayacaq belə qanlı hadisələr beynəlxalq məhkəmələrin müzakirəsinə çıxarılmalıdır. Müasir dünyanın hüquq sistemi ilə ziddiyyət təşkil soyqırım cinayətləri cəzasız qalmamalıdır. Bunun üçün bəyanatlar, hər il qanlı hadisələrin ildönümləri ilə bağlı anma tədbirlərinin təşkili yetərli deyil.
 Bu məqamları  dəfələrlə qeyd etmişik  ki, peşəkarların iştirakı ilə soyqırımı  cinayətləri ilə bağlı kitabların yazılışı, sənədli filmlərin çəkilişi zəruridir. Daha bir zəruri məqam ondan ibarətdir ki, Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə  və digər məkanlarda ermənilərin törətdiyi qanlı hadisələrlə bağlı beynəlxalq məhkəmələrdə davamlı iş aparılmalıdır. İctimaiyyət  nümayəndələrinin, QHT-lərin bəyanatı, müraciəti lazımdır. Lakin yetərli deyil. 
Daha təsiredici mexanizmlər üzərində düşünmək lazımdır. Bu mexanizmlər yalnız biri  erməni cinayətlərinin beynəlxalq məhkəməyə yönəltməkdir. Təkzibolunmaz faktlar var, qanlı hadisələrdən zərər çəkən  şahidlərin xeyli hissəsi sağdır. Deməli, peşəkar heyətlə, bu faktları qaldırmaqla beynəlxalq müstəvidə xeyli addımlar atmaq mümkün olar. 
Məntiqli və yetərincə faktlara, sübutlara əsaslanan məhkəmə çəkişmələri yalnız ədaləti bərpa etmək üçün deyil, həm də  dünyada soyqırım törətməyə, cinayətə meylli erməni  faktoruna tutarlı cavab olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31