Azərbaycan bütün ölkələrlə əməkdaşlığa üstünlük verir- ÖZƏL
8 Aprel 2024 13:20 Siyasət"Son dövrlərdə istər cənab Prezidentin xarici ölkələrə işgüzar və rəsmi səfərləri, istərsə də digər dövlətlərin dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərləri Azərbaycanın xarici dövlətləri ilə yüksələn xətt üzrə inkişaf edən münasibətlərinin və yaxın əlaqələrinin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib:
"Aprel ayının 4-də ölkəmizə daha bir dövlət başçısının səfəri baş tutmuş, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Ölkələr arasında ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında və inkişaf etməsində rəsmi səfərlərin, xüsusən dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin rolu çox böyükdür. Prezident Deni Sassu-Nqesso səfəri diplomatik əlaqələr tarixi boyunca Konqo Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əslində bu həm Konqo, həm bizim dövlətimiz üçün tarixi hadisədir. Ona görə, şübhəmiz yoxdur ki, cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq".