Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək
8 Aprel 2024 10:23 SiyasətMilli Məclisin deputatı Məzahir Əfəndiyev Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramının icrası üzrə 8-ci Beynəlxalq Parlament Üzvləri Konfransında iştirak etmək üçün aprelin 9-da Norveçin paytaxtı Oslo şəhərinə səfər edəcək. MM-dən "Olaylar"a bildirilib ki, tədbirdə siyasət və meqatrendlər, rəqəmsal texnologiyalar,demoqrafik inkişaf, demokratiya və insan haqlarınınmüdafiəsi, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, gənclərin liderliyi və iştirakçılığı ilə bağlı mövzularda müzakirələr aparılacaq. Konfransın sonunda Oslo Bəyannaməsinin qəbulu nəzərdə tutulub.
Səfər aprelin 14-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31