Kollektiv Qərb Cənubi Qafqazda əlavə problemlər yaradır- ÖZƏL

"ABŞ və Avropa İttifaqı Ukraynada Rusiya ilə geosiyasi toqquşmada fikir ayrılıqlarıni aradan qaldıra bilmir. Amma, Ermənistana dəstəkdə ortaq fikrə malikdirlər. Kollektiv Qərb Ukraynada taktiki olaraq Rusiyaya qarşı hərbi müstəvidə məğlub olmaqdadır". "Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib: "Rusiyanın Cənubi Qafqazda və Şərqi Avropada mövqeyini zəiflətmək üçün ən strateji platldsarm Ukraynadir. ABŞ burada Ukraynanı Rusiya ilə təkbətək buraxıb. Üç aydır ki, ABŞ-dan Ukraynaya silah göndərilmir. Amma, Ermənistana hərbi təlimatçılar gəlir. Vaşinqton və Brüssel Cənubi Qafqazda guya Ermənistandan Rusiyanı çıxarır. N. Paşinyana siyasi və təhlükəsizlik dəstək ifadə edir. Çox ciddi strateji səhvə yol verirlər. Əgər, Vaşinqton Rusiyani Cənubi Qafqazdan, xüsusilə Ermənistandan çıxarmaq istəyirsə, Yerevana ciddi təzyiq edib, Azərbaycanla sülhə məcbur etməlidir. Bununla da Rusiyanın Ermənistanda mövqeyi ciddi zəifləyəcək. Amma, bunun əksinin şahidi oluruq. Əgər, Rusiya Ukraynada qalib gələrsə, N. Paşinyani bir sutka ərzində hakimiyyətdən salacaq və Ermənistanda Qərbin bütün hərbi təlimatçılarinı qovacaq. Bu da Azərbaycan və region üçün ciddi təhlükə gətirəcək. Vaşinqton və Brüssel Ukraynaya tam dəstək verməklə, Rusiyanı Ermənistandan növbəti mərhələdə çıxara bilər".
Onun sözlərinə görə, hazırda Qərb Azərbaycanin üzərinə düşüb, guya Ermənistanin ərazilərinə Azərbaycan müdaxilə edəcək kimi təzyiqlər edir: "Azərbaycanı demokratiya və insan haqlarında tənqid edir. Halbuki Ukraynada hərgün yüzlərlə insanın ölümünü seyrçi qalır. Kollektiv Qərb Ukraynaya dəstək olmaq əvəzinə, Cənubi Qafqazda əlavə problemlər yaradır. 
Ermənistan rəhbərliyi Qərbin Ukraynaya "dəstəyini" görmək istəmir. Azərbaycanla ikitərəfli danışıqlara getmək əvəzinə, sərhəddə ordu yığır. Qərb və Rusiya Ermənistana dəstək verməklə Azərbaycanın sülh istəyinin qarşısını alırlar. Yeni müharibə isə, Ermənistan üçün acı nəticələri ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31