Paşinyan bu addımı atarkən çox ciddi araşdırma aparmalı idi-Mübariz Göyüşlü- ÖZƏL
6 Aprel 2024 19:55 Siyasət"Ermənistanın Qərbin bu provakasiyasına meyillənməsini pisləyirəm. Hesab edirəm ki, bu, nə Ermənistan, nə Cənubi Qafqaz üçün yaxşı nəticələr vəd etmir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Ermənistan hökümətinin rəhbəri Paşinyan addım atarkən çox ciddi şəkildə təhlil edib, araşdırma aparmalı idi. Görünən budur ki, o, bu prosesə düşünmədən qoşulub. Gürcüstanla münasibətlərin, yəni Qərbin Gürcüstan üzərindən Cənubi Qafqaza daxil olmaq və Rusiyaya qarşı fəaliyyətlər həyata keçirməyə çalışmaq cəhdlərinin nəticəsinin həm Gürcüstan, həm də bölgə üçün faciəvi olduğunu gördük. Sonra Ukrayna bu prosesdə Qərbin plasdarmı olub Rusiyaya qarşı cəbhə almaq istədi. Bu da faciəvi oldu. İndi Ermənistan bu məsələdə həvəsli şəkildə iştirak etməyə və Qərbin plasdarmı olaraq istər Rusiyaya, istər Azərbaycana qarşı mövqe almaq istəyir. Buna görə, bizdən aqressiv, təcavüzkar obraz yaradıb, bizə qarşı Qərbin sanksiyalarına nail olmaq istəyir. Ona görə də, bu, Ermənistan tərəfindən yalnış atılan addımdır. Bunun nəticələrinin Ermənistan və erməni xalqı üçün ağır olması mümkündür. Ermənistan hakimiyyətinin gələcəkdə Ermənistanı Cənubi Qafqazda Qərbin plasdarmına çevrilmə siyasətindən imtina edəcəyinə inanıram".