Pərdə arxasında Nikol Paşinyanla Qərbin nələr müzakirə etdiyini bilmirik-Tural İsmayılov- ÖZƏL
6 Aprel 2024 18:07 Siyasət"Faktiki olan odur ki, Azərbaycanın Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşünə kəskin etirazları nəticə doğurdu".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Həqiqətən də Aİ və ABŞ-nin Azərbaycanın maraqlarını nəzərə almadan regionda birtərəfli şəkildə hansısa bir ölkə ilə regional məsələləri müzakirə etməsi əsla qəbul edilən bir məsələ deyildi. Bu baxımdan həm ABŞ dövlət katibi Antoni Blinken, həm Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen cənab Prezident ilham Əliyevə zəng vuraraq həmin görüşün detalları ilə bağlı məlumat verərkən Azərbaycanın qlobal siyasi güc olaraq naratlığını dünyanın böyük qurumları, siyasi təşkilatları tərəfindən diqqətə alınmağı ilə nəticələndi. Eyni zamanda cənab Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edərkən də Azərbaycanın milli maraqlarını və mövqeyini prinsipiallıqla qorunması və Türk Birliyinin içərisində siyasi mərkəz halında olması, bu Birliyin davam etdirilməsində olan maraqlarını ehtiva etməsidir. Əlbəttə ki, dünənki Brüssel görüşündə Azərbaycanla bağlı xüsusi hansısa tənqidedici məqam ictimaiyyətə açıqlamada yer almadı. Təbii ki, ölkəmizdən etiraz səslərinin ucalmağı fonunda Qərb ənənəvi ədalətsizlik meyarlarını bu dəfə açıq-aşkar ortaya qoymadı. Təbii ki, pərdə arxasında Nikol Paşinyanla Qərbin nələr müzakirə etdiyini bilmirik. Amma hər halda ictimaiyyətə verilən ilkin açıqlamalarda Azərbaycanın narahatlığı Qərbin hərəkətlərində və davranışlarında, ən azından ictimaiyyətə çatdırılan tərəfində müəyyən korrektələr etməyə səbəb oldu".