ABŞ-Aİ-Ermənistan bazarlığı-Elçin Xalidbəyli- ÖZƏL
6 Aprel 2024 18:03 Siyasət"ABŞ-Aİ-Ermənistan ortaq konfransı Cənubi Qafqazda geopolitik situasiyanı ciddi şəkildə gərginləşdirəcək bir planın işə salındığını göstərir. Bu planın Rusiyaya qarşı, eyni zamanda Azərbaycana qarşı yönəldiyi müşahidə olunur. Buna artıq qətiyyən şüphə yeri qalmayıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Ermənistan ABŞ, Aİ, eləcə də NATO-nun gücünü öz arxasına almaq istəyir. Qərbin bu nəhəng gücündən Azərbaycana qarşı istifadə etmək niyyətindədir. Ancaq Qərbdə Ermənistandan Rusiyaya qarşı istifadə etmək niyyətindədirlər. Belə anlaşılır ki, Ermənistan Qərbin gücündən Azərbaycana qarşı istifadə etmək istəyir, amma Qərbə bunun əvəzində heç bir şey ödəmək istəmir. Bunu müftə istəyir. Eyni zamanda Qərb də Ermənistandan Rusiyaya qarşı istifadə etmək istəyir və Ermənistana o qədər də böyük ödəniş etmək niyyətində olmadığı müşaiət olunur. Yəni bu, bir bazarlıq idi".