İki önəmli güc mərkəzinin bir araya gələrək cırtdan Ermənistan üçün baş sındırması...-Züriyə Qarayeva - ÖZƏL
6 Aprel 2024 12:02 Siyasət"Görünən odur ki, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər".
Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Ancaq bu addımın sadəcə görüntü məqsədi daşıdığı məhz həmin ərəfədə törədilən təxribatlardan aydındır. Üstəlik maliyyə yardımının özü belə Ermənistanın silahlandırılmasına yetəcək dəstəkdir. Əgər səmimi maliyyə dəstəyindən söhbət gedirsə, bu dəstəyə 30 ilə yaxın işğalçılığa məruz qalan, torpaqları vandalizmə uğrayan, yaşayış məskənləri, abidələri dağıdılan Azərbaycanın ehtiyacı yoxdurmu? Dünyanın iki önəmli güc mərkəzinin bir araya gələrək cırtdan Ermənistan üçün baş sındırması çox gülməli görünmürmü? Məqsəd sadəcə maliyyə dəstəyidirsə, bu qədər həngamə görüşə nə ehtiyac var ki.. Sülh Fondlarının ayırdığı yardımlar ki, həmin maliyyəni də həmişəki kimi yönləndirə bilərdilər. Demək ki, maliyyə yardımı işin sadəcə görüntü hissəsidir. İşin əsl məğzi isə Ermənistanın sülh danışıqlarından yayınmasında, kəndlərlə bağlı sabotaj ritorikasında, şərti sərhəddə aktivləşən təxribatlarında yatır".