Rusiya və Ermənistan arasında yeni gərginlik başlayacaq- ÖZƏL

"ABŞ-Ermənistan və Avropa ittifaqı üçtərəfli görüşündə bu ölkəyə maliyyə yardımı ayrılması razılaşdırıldi. Bu kiçik bir rəqəmdir."Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu maliyyə yardımı görüntü üçün idi: "Bu görüşdə Ermənistan rəhbərliyinə təhlükəsizlik və siyasi dəstək verilməsi razılaşdirılib. Ermənistan ordusuna dəstək veriləcək. Nəticədə, Ermənistan rəhbərliyi Rusiyanın orbitindən çıxmaq üçün proseslərə başlamalıdır. Rusiya və Ermənistan arasında yeni gərginlik mərhələsi başlayacaq. Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması isə, bu ölkədə yeni  konstitusiya nə  vaxt qəbul edilsə, bağlana bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31