Azərbaycanın xarici siyasəti xalqın maraqlarına əsaslanır- ÖZƏL

"Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi". Olaylar xəbər verir ki, bunu  millət vəkili Malik Həsənov seyib:
"Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi. Konqo Prezidenti cənab İlham Əliyevi Konqoya dostluq səfərinə dəvət etdi və bundan böyük şərəf hissi keçirəcəklərini vurğuladı".
Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin hər biri  beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyimizə, ölkə Prezidenti İlham Əliyevin nüfuzuna işıq salır: "Konqo Prezidenti böyük sevinc hissi ilə vurğuladı ki, biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq. Həmçinin, o da qeyd edildi ki, Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31