Molla rejimi Qərbin oyunlarına necə ortaq olur?-Sahil Kərimli- ÖZƏL
5 Aprel 2024 19:22 Siyasət"İranın Ermənistana silah tədarükündə iştirak etməsi Azərbaycana qarşı yönəlmiş çirkin siyasətin bir hissəsidir. Görünən odur ki, Brüsseldə keçirilən görüş ərəfəsində İran da Qərbin məkrli planlarının həyata keçirilməsində alət rolunu oynayır. İran əvvəllər də öz əraziləri vasitəsilə Ermənistana silah-sursat daşınmasına şərait yaradıb. Təəssüf ki, Azərbaycanın daimi xoşniyyətli, mehriban qonşuluq və dostluq siyaschr("39")tinə baxmayaraq İran öz qərəzindən əl çəkmir. Bu gün Ermənistana istənilən yardım, hətta iqtisadi dəstək belə Cənubi Qafqazda sülhə ciddi təhdid kimi qiymətləndirilməlidir. Çünki, Ermənistan dövlətinin mahiyyəti işğalçılıq üzərində qurulub və uzun illər xarici maraqlı dairələr İrəvandan alət kimi istifadə edərək öz maraqlarına nail olmağa can atıblar. Son illərdə ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda maraqlarını təmin etmək, xüsusilə də Azərbaycana qarşı planlarını həyata keçirmək üçün oyunlar oynayırlar. İndi də İran bu planların bir hissəsinə çevrilib. Necə olur ki, molla rejimi ABŞ və Avropaya qarşı açıq düşmənçilik bəslədiyi halda Ermənistana yardım mövzusunda Qərbin oyunlarına ortaq olur? Bunun yeganə səbəbi var-Azərbaycana qarşı düşməçilik, bölgəmizdə hegemonluq etmək cəhdləri. İran rejimi anlamalıdır ki, bir neçə onilliklər davam edən bu siyasət daim iflasa uğrayıb və heç bir nəticə əldə olunmayıb. Şübhə yoxdur ki, bundan sonra da belə olacaq".