Şimali Kipr Prezidenti parlamentlərarası işçi qrupun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı rəsmi X hesabında paylaşım edib.

Olaylar xəbər verir ki, Prezident Ersin Tatarın paylaşımında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə "Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik", - deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31