Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
5 Aprel 2024 12:08 SiyasətAzərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.
Olaylar-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsində əksini tapıb.
İşçi qrupunun rəhbərinin deputat Cavanşir Feyziyev olması təklif edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31