Türkiyədəki demokratik seçki ənənəsi Türk cəmiyyətinin qələbəsidir- ÖZƏL
5 Aprel 2024 09:58 Siyasət"Qardaş Türkiyədəki bələdiyyə seçki prosesini mümkün qədər media vasitəsilə izləyə bildik. Kifayət qədər tələbkar olan türkiyəli seçicilər öz azad seçimini etdilər. Öturuşmuş demokratik ənənələr, formalaşmış seçki mədəniyyəti gerçəkdən bizi məmnun edir. "Olaylar" xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:
"Seçki təbliğatı zamanı namizədlər öz missiyalarına millətin, dövlətin şərəf işi olaraq yanaşırdılar. Bütün bunlar Türkiyənin seçki təcrübəsinin və siyasi mədəniyyətinin nəticələridir. Bu da bir çox ölkələrə, xüsusilə, MDB məkanına nümunə olacaq təcrübədir. Onu qeyd etmək lazımdır ki, Türkiyənin seçicisi istənilən məmurun yaxasından yapışıb öz haqqlarını, hüquqlarını tələb etmək gücündədirlər.
Müşahidələrimizə əsaslanaraq demək olar ki, Türkiyədə yalançı vədlərlə, populist çıxışlarla deyil, yalnız məsuliyyətli xidmətlə, insanların problemlərini həll etməklə əhalinin rəğbətini qazanmaq olar. Baxmayaraq ki, qardaş ölkədə müxalifət bələdiyyə seçkisində xeyli irəlidədir. Amma bu ölkədə seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, bu qələbə ümumilikdə Türk cəmiyyətinin qələbəsidir.
Türk dünyasının xarizmatik lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki mədəniyyətinə, demokratik ənənələrə və öz imanlı yoluna sadiq qaldı. O, Türk dünyasının bütövləşməsinə impuls verdiyi kimi, öz ölkəsində azad seçim imkanlarının geniş təmin edilməsinə nail oldu. Biz Qardaş Türkiyəyə yalnız ugurlar arzulayırıq!"