Brüsseldə Qərbin Qafqaz siyasətinin yeni cizgiləri cızılır- ÖZƏL
5 Aprel 2024 09:57 Siyasət"Əvvəlcə ABŞ Dövlət Departamentinin rəhbəri, ardınca isə Avropa hökumətinin başçısı Azərbaycan prezidentinə zəng edib. Çünki aprelin 5-də Brüsseldə Qərbin Qafqaz siyasətinin yeni cizgiləri cızılmalıdır". Olaylar" xəbər verir ki, bunu ekspert İham Şaban deyib: "Qərbin rəsmi Bakı ilə intensiv danışıqları onu göstərir ki, Azərbaycanın maraqları nəzərə alınmadan o cizgini hansı güc və güclərin çəkməsindən asılı olmayaraq əməli işdə gerçəkliyə çevirmək ya mümkün olmayacaq ya da müşkül bir işə çeviriləcək. Əslində Qarabağdakı ZƏFƏRİMİZƏ görə ABŞ gərək rəsmi Bakıya nağılların dili ilə ifadə etsəm, böyük bir XƏLƏT bağışlayaydı. Çünki bizim bərpa etdiyimiz ƏDALƏT Qafqazın daha bir ölkəsinin Qərbin təsir dairəsinə daxil olmasına şərait yaradıb. Özü də buna görə Qərb heç bir xərcə düşməyib, pul-para da xərcləməyib.. elə isə bizimlə "umu-küsü" etməyin mənası nədir?"