Azərbaycanın yürütdüyü xarici siyasət yeni dost və tərəfdaşlar qazanmaqda mühüm rol oynayır- ÖZƏL

"Ədalətə və beynəlxalq hüquqa söykənən xarici siyasətimiz diplomatik uğurlarımızın  davamlılığında, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasında, yeni əməkaşlıq formatlarının və sülh gündəliinin müəllifi kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır". "Olylar" xəbər verir ki, bun fikirləri  Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib: "Təkcə cari ilin arxada qalan dövründə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə və əhatə etdikləri mövzulara diqqət yetirmək kifayətdir. Hər bir tədbir, həmçinin reallaşan qarşılıqlı səfərlər Azərbaycanın artan nüfuzu ilə yanaşı, ayrı-ayrı sahələrdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir. Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri bütün bu məqamlara bir daha diqqəti yönəltdi. Azərbaycanın iqtisadi imkanları geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. O da məlumdur ki, Konqo təbii resurslarla zəngin, neft hasil və ixrac edən ölkədir. Konqo inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın zəngin bərpaolunan enerji potensialına malik olması beynəlxalq səviyyədə təqdir edilir. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi edəcək. Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında COP29 xüsusilə diqqətdə oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31