Bakı Təşəbbüs Qrupu dünya miqyasında böyük hörmətə malik qurumdur- ÖZƏL
5 Aprel 2024 09:55 Siyasət"Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən müsbət qarşılanır və dəstəklənir". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib: "Cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın xarici siyasətinin uğurlarından, hədəflərdən danışarkən onu da vurğuladı ki, Qoşulmama Hərəkatına sədrlik dövründə prioritetlərimiz sırasında neokolonializmə qarşı mübarizə məsələləri dayandı. Bu gün də bu belədir. Xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu hazırda dünya miqyasında böyük hörmətə malik olan qurumdur".