Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" platformasında bildirib.

"Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu.

Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq", - Ceyhun Bayramov vurğulayıb.

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü (FOTO)

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü (FOTO)
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü (FOTO)
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31