Azərbaycan ərazisinin minalarla çirkləndirilməsi “mina terroru”dur-Elçin Xalidbəyli- ÖZƏL

"Ermənistan Azərbaycan ərazisini minalar və partlamamış maddələrlə çirkləndirərkən xüsusi plan üzrə hərəkət edib. Ermənilər çox dəqiq bilirdilər ki, Azərbaycan ərazilərini əvvəl-axır tərk etməli olacaqlar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək, öz ərazilərini işğaldan azad edəcək. Ermənilər bunu bildiklərinə görə onilliklər boyu  Azərbaycanın işğal altında olan bütün ərazilərini minalayıb ki, həmin ərazilər Azərbaycanın tərkibinə geri qayıtdıqdan sonra Azərbaycan həmin ərazilərdən istifadə edə bilməsin. Üstəlik də həmin ərazilərdə insanlar minalardan zərər çəksinlər. Bu, ümumi şəkildə götürdükdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibənin davam etməsi anlamını daşıyır. Həmin ərazilər hələ də erməni minaları ilə çirkli olduğuna görə istifadəyə uyğun deyil. Eyni zamanda bu, həm də Ermənistanın terrorizmə nə qədər meyilli dövlət olduğunu göstərir. Çünki, Azərbaycan ərazisinin minalarla çirkləndirilməsi həm də "mina terroru" deməkdir. Həmin minalar partlayır və insanların həyatına son qoyur. Bu baxımdan hesab etmək olar ki, Ermənistan Azərbaycana qarşı savaşı hələ də davam etdirir. Ermənistanın Azərbaycana qarşı mina terroru yəqin ki, hələ uzun müddət davam edəcək. Çünki, Ermənistan beynəlxalq himayədarlarının müdafiəsinə sığınmaqla bu mina terroruna son qoymaq niyyətində deyil. Bunun əksi olsaydı, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim edərdi. İndiyə qədər təqdim olunmuş bütün mina xəritələri uydurma xəritələrdir, dəqiq xəritələr deyil. Həmin xəritələr minaların təmizlənməsində elə də böyük rol oynamır. Bütün bunlar Ermənistanın əvvəlcədən düşünülmüş siyasətidir. Azərbaycana qarşı hərbi cinayətidir, terrorizm fəaliyyətidir və beynəlxalq ictimayyiət isə Ermənistanın bu bəşəri cinayətinə qarşı susur və rəsmi İrəvana heç bir təzyiq göstərmir ki, Paşinyan hakimiyyəti mina xəritələrini Azərbaycan təqdim etsin. Bu baxımdan Ermənistanın mina terroruna görə Ermənistanla yanaşı Ermənistanın beynəlxalq himayədarları da məsuliyyət daşıyırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31