Azərbaycan artıq minaları təmizləməklə çox ciddi bir təcrübə əldə edir - ÖZƏL

"4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününün təsis edilməsi dünyada mina ilə bağlı məsələlərə, minaların yaratdığı təhlükələrə, verdiyi fəsadlara diqqət cəlb etmək üçündür və bir gün də olsa belə olması diqqəti cəlb etməyə imkan yaradır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.
"Azərbaycan da mina təhlükəsindən, mina problemlərindən əziyyət çəkən ölkələrdən biridir, bəlkə də birincisidir. Təsəvvür edin ki, Azərbaycan ərazisinə neçə yüz min mina basdırılıb. Verilən məlumatlara görə, iki milyona qədər mina olduğu söylənilir. Qarabağ boyda kiçik ərazi üçün bu qədər minanın olması çox böyük mina çirkliliyidir və indiyə qədər də biz bu məsələlərdən çox əziyyət çəkmişik. İstər torpaqlarımız işğaldan azad olunandan sonra orada minatəmizləmə, quruculuq, abadlıq işləri aparılan zaman ərazilərə keçən mülki hərbi şəxslərimizin 350 nəfərə yaxın şəxsin minaya düşüb, həlak olanlar, şəhid olanlar, şikəst olanlar, yaralananlar var, istər Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı dövrdə və elə Birinci Qarabağ müharibəsinin öz dövründə minlərlə mina basdırılıb və hətta İkinci Qarabağ müharibəsi bitəndən sonra belə ermənilər Ermənistanda istehsal olunmuş minaları Xankəndi və ətraf ərazilərə daşıyaraq basdırırlar. Dünya diqqəti buna yönəltməlidir. Fransa və onun kimi qərəzli dövlətlər bu məsələlərə təəssüf ki, reaksiya verməyiblər və Azərbaycanın bütün bu problemləri öz gücünə həll edir. Necə ki, biz torpaqları işğaldan öz gücümüzlə azad etmişik, eləcə də mina problemlərin həlli istiqamətində 90% çalışmaları biz öz gücümüzə eləyirik. Dünya ictimaiyyətinin çox az bir qismi bu məsələdə bizə kömək edir. Əksinə, Fransa kimi dövlətlər Ermənistana yardım edirlər. Halbuki Ermənistanın buna heç bir ehtiyacı yoxdur. Təcavüz bizim ərazimizə olub. Bizim torpaqlarımız işğal olunub, əziyyət çəkmişik, əziyyət çəkirik.
Azərbaycan artıq bu minaları təmizləməklə çox ciddi bir təcrübə əldə edir. Bu təcrübə ilə qlobal səviyyədə minatəmizləmə prosesinə töhfə verə biləcəyik və Azərbaycan artıq bu prosesin önündə gedir. İstər Qoşulmama Hərəkatı və s. istiqamətdə olan təşkilatlar da daim bu məsələləri gündəmə gətirir və biz özümüz bu mina problemindən çox böyük əziyyət çəkdiyimizə görə, bu məsələləri gündəmə gətirib, həlli istiqamətində etdiyimiz çağırışlar beynəlxalq ictimaiyyətin də diqqətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31