30 il işğal müddətində torpaqlarımızda milyon yarım mina basdırılıb - ANAMA sədri
4 Aprel 2024 14:54 SiyasətMina hadisələri dinamikası azalmağa doğru gedir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 30 il işğal müddətində torpaqlarımızda təxmini milyon yarım mina basdırılıb.
"Keçmiş məcburi köçkünlərimizin böyük miqyasda torpaqlarına qayıtmamasının səbəbi təhlükəsizliklə bağlıdır. Hissə-hissə vətəndaşlarımız köçürülsə də, ancaq mina problemi qalıb. 44 günlük müharibə bitdikdən bu ilin üç aprelə qədər 129 min ha mina və partlamamış hərbi sursatlardan təmizlənib. Mina qurbanlarının 70% mülkü vətəndaşlardır.",- deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31