Qərb Ukrayna ssenarisinin təkrarını Ermənistan ərazilərində həyata keçirmək istəyir- ÖZƏL
4 Aprel 2024 14:25 Siyasət"Bu gün Qərbin Ermənistan ərazilərində oynadığı təhlükəli planlar var. Bu təhlükəli planlar bir neçə məqsədə xidmət edir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əvvəla, Qərb imperializmi Ermənistan ərazilərindən istifadə edərək Cənubi Qafqaza soxulmaq və Cənubi Qafqaz vasitəsilə Rusiya əleyhinə yeni bir plasdarm yaratmaq istəyir. İkincisi, bu gün Qərb Ukrayna ssenarisinin təkrarını Ermənistan ərazilərində həyata keçirmək istəyir. Bu da Ermənistan üçün təhlükəli tendensiyalar yaradır və vəziyyətin bundan sonra daha da pisləşməsinə səbəb ola bilir. Bütövlükdə isə Qərbin neoimperialist şəbəkələrinin Azərbaycanın iştirakı olmadan Ermənistanla hansısa görüşlər keçirməyi Qərbin bölgə ilə bağlı məkrli məqsədli planlarının növbəti göstəricilərindən biridir. Daha əvvəl Qranadada Azərbaycanın iştirakı olmadan görüş keçirməyə cəhd etdilər. İndi isə yenə Brüsseldə Azərbaycan iştirak etmədən belə bir görüş keçirirlər. Şübhəsiz ki, Ermənistan ərazilərində Aİ-nin mülki missiyası adı altında təxribat maşınının mövcudluğu bu gün Qərbin Ermənistana müxtəlif vədlər verərək onu aldatmağı və bölgədən sıxışdırmağa çalışması, kimi bir vəziyyətdir. ABŞ-nin və Fransanın Azərbaycana qarşı yönələn siyasətlərinə rəğmən bütövlükdə Aİ-nin digər ölkələri ilə, Kollektiv Qərblə Azərbaycanın kifayət qədər yaxşı və uğurlu əlaqələri mövcuddur".