Bölgə dövlətlərinin başına gələcəklər onlara önəmli deyil- ÖZƏL

"Fransa XİN rəhbərinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər onu göstərir ki, Fransa Azərbaycanla hüsumətini etdirməkdə qərarlıdır. Onlar Güney Qafqazda ikinci cəbhə açmaq istəyirlər. Bunu da Ermənistan üzərindən edirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Ermənistanın da kimləsə savaşması lazımdır ki, bu proses elə tənzimlənsin ki, nəticə Rusiyaya doğru çevrilsin. Nəticədə Rusiyanın bölgədən çıxması gerçəkləşsin. Onlar Güney Qafqazda sülhü pozmaq, münaqişə yaratmaq məsələlərinə texniki məsələ kimi baxırlar. Onlar üçün çox da önəmli deyil ki, Ermənistan dağılacaq, müharibə olacaq. Ümumiyyətlə, bölgə dövlətlərinin başına nə gələcək onlar üçün əhəmiyyət kəsb etmir. Onlar üçün əhəmiyyətli olan bu münaqişə üzərindən Rusiyanı burdan sıxışdırıb çıxarmaqdır. Ona görə də, bu  məsələlərdə əlbəttə, siyasi texnologiyalar tətbiq edirlər. Azərbaycanı qıcıqlandırırlar, şər-böhtan atırlar. Bəzən Ermənistanı şirnikdirirlər. Strateji hədəf odur. Qalan məsələlər isə təfsilatlardır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31