Ermənistan dünyanın siyasi güclərinin əlində oyuncağa çevrilib- ÖZƏL
4 Aprel 2024 14:08 Siyasət"Ermənilər 30 il ərzində təkcə siyasi olaraq yox, həm də ekologiyamıza böyük ziyan vurublar". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Məşhur Məmmədov deyib: "Ermənilərin vurduğu ziyan təkcə ekoloji ziyan yox, həm də regionda böyük ekoloji fəlakətin yaranmasına yol açıb. Onların təbiətimiz ürərində yürütdüyü ekoloji terror siyasətinə, təbii sərvətlərimizin talanmasına, flora və faunamıza vurduqları zərərə sadəcə baxmaqla keçib getmək mümkün deyil. Qeyd edilməlidir ki, dünyanın siyasi güclərinin əlində oyuncaq olan Ermənistan sadəcə Azərbaycan torpaqlarını zəbt etməkdən başqa bir məqsədə qulluq etməyib."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31