Fransa bu cür yanlış addımlarla Cənubi Qafqazda öz maraqlarını təmin edə bilməz - ÖZƏL

"Fransanın bu addımı bölgədə gərginliyi daha da artıra bilən bir məqamdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.
"Dəfələrlə  Fransanın rəsmi və qeyri-rəsmi qurumlarının, təmsilçilərinin, siyasətçilərinin, dövlət adamlarının bu cür qərəzli bəyanatlarının şahidi oluruq. Çox təəssüf edirəm ki, istər Cənubi Qafqazda, istər dünyada sülhün qorunması və sülhün mövcudluğu üçün çalışmalı olan bir dövlət, dövlət nümayəndələri bu cür məsuliyyətsiz və problemi daha da artıra biləcək bir fikirlərdən çıxış edirlər. Fransa rəsmilərinin bu cür davranışları əslində Ermənistan və erməni xalqı üçün fəlakətli nəticələr doğura bilər və buna görə də erməni siyasətçilər, dövlət xadimləri Fransanın bu cür cəsarətləndirmələrinə, Fransanın rəsmilərinin bu cür açıqlamalarına çox da etibar eləyib, həvəslənib hansısa xam xəyallara qapılmamalıdırlar. Fransa bu cür yanlış addımlar, bəyanatlar, qərarlar, davranışlarla Cənubi Qafqazda öz maraqlarını nəinki təmin edə, ümumiyyətlə hər hansısa bir müsbət nəticələr əldə edə bilməz və biz də görürük ki, əldə edə bilmir. Azərbaycana qarşı anti-Azərbaycan, Azərbaycanafobiya bəyanatları, qərəzli davranışlarla, Azərbaycanı görməzdən gəlməklə Cənubi Qafqazda heç bir uğur əldə etmək mümkün deyil və əldə edə bilmir. Əgər Fransa bu bölgədə hansısa formada öz maraqlarını iqtisadi, siyasi, humanitar və s. istiqamətlərdə təmin etmək istəyirsə, o, sülhü və sabitliyi dəstəkləyən davranışlar göstərməlidir. İlk növbədə bu fəaliyyətlərini həyata keçirməsi üçün Azərbaycanla koordinasiya etməyə çalışmalıdır və yalnız bu halda bölgədə sülh və sabitlik davamlı ola bilər və Fransanın da nəzərdə tutduğu hansısa çalışmalar gerçəkləşə bilər. Əks təqdirdə bunların baş tutma ehtimalı mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31