Fransa məqsədyönlü şəkildə bölgədə gərginliyin yaranmasının tərəfdarıdır - ÖZƏL
4 Aprel 2024 12:52 Siyasət"Aprelin 2-si Fransa xarici işlər naziri Stefan Sejurnenin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Fransa məqsədyönlü şəkildə bölgədə gərginliyin yaranmasının tərəfdarıdır və bu istiqamətdə addımlar atır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı Fransanın qərəzli mövqe tutma, təxribatçı fikirlərlə yanaşması da bunu göstərir ki, deməli, Fransanın məqsədi Azərbaycana qarşı anti-Azərbaycan mövqeyini dərinləşdirməkdən, eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərini daha da gərgin hala gətirib çıxarmaqdır. Bu gün təbii ki, tərəflər arasında tam şəkildə sülh olmasa da bölgədə sakitlik hökm sürür. Düzdür, ara-sıra Ermənistan tərəfi şərti dövlət sərhədində təxribatçı addımlarını davam etdirir. Bununla belə, Stefan Sejurnenin açıqlaması onu göstərir ki, deməli, Fransa hətta kövrək sülhün belə burada qalmasının tərəfdarı deyil, regionu yenidən gərginlik ocağına çevirməyə çalışır.
O baxımdan düşünürəm ki, Fransa xarici işlər nazirinin bu cür açıqlaması təkcə Azərbaycana qarşı anti-Azərbaycan mövqeyi sərgiləmək deyil, eyni zamanda regionda qalıcı gərginliyin, qalıcı müharibənin davam etməsi tərəfdarıdır. Bununla da özünü bölgəyə yenidən soxmağa çalışır. O baxımdan düşünürəm ki, verilən açıqlama və bu təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti rəhbərinin də orada olması, bir daha onu göstərir ki, deməli, baş verən təxribat hallarının arxasında Fransa və ABŞ-nin birgə "fəaliyyəti" dayanır".