Minatəmizləmə səylərində Azərbaycanla həmrəyik - BMT-nin rezident əlaqələndiricisi
4 Aprel 2024 12:37 SiyasətBütün vətəndaşlar üçün daha təhlükəsiz gələcəyi təmin etmək üçün minalardan təmizləmə səylərində Azərbaycanla həmrəyik.
Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın "X" sosial şəbəkə hesabında bildirib.
Bərpa və yenidənqurma istiqamətində yol uzundur. Qlobal dəstək sayəsində minalarsız dünyaya doğru irəliləyişə nail ola bilərik
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü "Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü" elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31