Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması şərtdir - Çavuşoğlu
4 Aprel 2024 11:54 SiyasətTürkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq.
Olaylar.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"44 günlük Vətən Müharibəsində də, indi sülh prosesində də Azərbaycanın yanındayıq. Bölgənin sabitliyi üçün tezliklə sülhün imzalanması lazımdır. Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb, bu fikri ona çatdırdım", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31