Ermənistanın mina terroru davam edir- ÖZƏL
4 Aprel 2024 10:17 SiyasətDeputat beynəlxalq qurumlara çağırış etdi
"Ermənistanla Azərbaycan arasında müharibənin bitməsinə, tarixi ədalətin bərpasına və nəzərdə tutulan sülh gündəlikdəliyinin olmasına baxmayaraq, qarşı tərəfin mina terroru hələ də davam edir. Buda bir daha bütün dünyaya sübut edir ki, mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir"."Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb. Ümumilikdə isə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkmişdir:
"Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır".