Fransanın Xarici İşlər Naziri hansı haqla Cənubi Qafqazda sülhlə bağlı fikir bildirir?-Vüqar Əhmədov- ÖZƏL

"Fransanın xarici siyasəti müstəmləçilik və separatizmi dəstəkləmək üzərində qurulub. Bunu biz Yaxın Şərq və Avropa ölkələrində illərdir apardığı siyasətdən bilirik və təəssüf ki, bu gün də bu davam edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Fransa daxilində etnik xalqlara heç bir azadlıq verməyən və illərdir Afrika xalqlarını müstəmləkə halında saxlayaraq sümürən Fransanın Xarici İşlər Naziri hansı haqla Cənubi Qafqazda sülhlə bağlı fikir bildirir və Azərbaycan əleyhinə bəyənatlar verir. Təəssüf ki, Fransanın bütün bu bəyənatları qərəzli şəkildə Azərbaycanın əleyhinə və Cənubi Qafqazda kövrək sülhə qarşı yönəlib. Fransa yaxın şərqdə və Afrika qitəsində illərlə müstəmləkəçi siyasəti ilə xalqların hüquqlarını pozduğu halda Cənubi Qafqazda işğalçı bir dövlətin hüquqlarının carçısına çevrilib, lakin özünün illərdir bu xalqların hüquqlarını pozmasını nədənsə unudub. Yaxşı olar ki, Fransa xarici işlər nazirliyi təcavüzkarı və separatçıları dəstəkləmək əvəzinə öz daxilində yığılıb qalan bu problemlərlə məşqul olsun və bu regionin sabitliyinə və inkişafına qısqanclıqla yanaşmasın. Onlarla Fransanın müstəmləkəsi altında yaşayan xalqlar var ki, bu gün Fransadan hüquqlarının bərpa olunmasını və təzminat gözləyir. Adətən öz daxili problemlərini həll edə bilməyən ölkələr digər regionların və ölkələrin daxili işlərinə burnunu soxmağa çalışırlar. Fransanın timsalında biz bunu davamlı şəkildə müşahidə edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31