Bu düşmənçiliyin arxasında Fransa və Makronun iddiaları gizlənir- ÖZƏL

"Fransa hazırda bütün imkanları ilə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Bu düşmənçilik siyasətinin arxasında Fransanın və bu dövlətin prezidenti Emmanuel Makronun iddiaları gizlənir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Fransanın Azərbaycana münasibətini, düşmənçiliyini yalnız rəsmi Parisin erməni sevgisi ilə izah etmək biraz sadəlövlük olardı. Çünki, Fransanın Ermənistana münasibəti həddindən artıq yaxşı olsa da, rəsmi Parisin Cənubi Qafqazda müəyyən maraqları var və həmin maraqlara doğru can atır. Bu maraqların da indiki situasiyada, mövcud sülh prosesinin davam etdiyi vəziyyətdə reallaşdırılması çox çətindir. Ona görə də, Fransa üçün Cənubi Qafqazda növbəti dəfə münaqişə ocağının alovlandırılması olduqca vacibdir. Bu səbəbdən də rəsmi Paris, Fransanın yüksək rütbəli təmsilçiləri beynəlxalq platformalarda Azərbaycan əlehinə propaqandanı davam etdirirlər. Azərbaycana qarşı cəbhə yaratmağa çalışırlar".Bu düşmənçiliyin arxasında Fransa və Makronun iddiaları gizlənir-Elçin Xalidbəyli-ÖZƏL

"Fransa hazırda bütün imkanları ilə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Bu düşmənçilik siyasətinin arxasında Fransanın və bu dövlətin prezidenti Emmanuel Makronun iddiaları gizlənir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Fransanın Azərbaycana münasibətini, düşmənçiliyini yalnız rəsmi Parisin erməni sevgisi ilə izah etmək biraz sadəlövlük olardı. Çünki, Fransanın Ermənistana münasibəti həddindən artıq yaxşı olsa da, rəsmi Parisin Cənubi Qafqazda müəyyən maraqları var və həmin maraqlara doğru can atır. Bu maraqların da indiki situasiyada, mövcud sülh prosesinin davam etdiyi vəziyyətdə reallaşdırılması çox çətindir. Ona görə də, Fransa üçün Cənubi Qafqazda növbəti dəfə münaqişə ocağının alovlandırılması olduqca vacibdir. Bu səbəbdən də rəsmi Paris, Fransanın yüksək rütbəli təmsilçiləri beynəlxalq platformalarda Azərbaycan əlehinə propaqandanı davam etdirirlər. Azərbaycana qarşı cəbhə yaratmağa çalışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31