Ermənistanla Azərbaycan bundan sonra savaşa girməyəcək- ÖZƏL

"Naxçıvana olunan hücum konkret olaraq Zəngəzur dəhlizi ilə bağlıdır. Çünki, qeyri-stabillik olan regiona heç vaxt xarici investisiyalar gəlməz. İkincisi də, orda islahatlar həyata keçirilməz".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Qədir Aslan qeyd edib:

"Bunu edən Ermənistan daxilində Rusiyaya, Kremlə xidmət edən qüvvələrdir və onlardan sifariş alan zabit, gizir, general heyətidir. Hələ də Paşinyan Ermənistanda ordunu tam olaraq özünə tabe edə bilmir. Vahid, yekdil, monolit hakimiyyət yoxdur. Bəzi generallar hələ də qırmızı telefon vasitəsi ilə Moskvadan əmrlər alırlar. Düşünürəm ki, bu prosesin ardında Rusiya dayanır. Rusiyanın Ermənistanın içindəki qüvvələri pozuculuq fəaliyyəti ilə məşğuldurlar. Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya komissiyasına Rusiyanı buraxmadı. Rusiyanın təşkil etdiyi platformadakı  moderatorluğu ilə görüşlərdən şifahi şəkildə imtina edir. Əsasən Qərb ölkələrində keçirilən görüşlərə onların moderatorluğu ilə qatılırlar. Ən başlıcası, özləri vasitəçi olmadan yeni proseslər başladıblar və o proseslər Rusiyanın sevmədiyi bir məqamdır. İstər-istəməz birbaşa təsir riçaqlarını itirdiyinə görə belə addımlar atırlar. Amma konkret olaraq Ermənistanla Azərbaycan bundan sonra savaşa girməyəcək. Çünki, bunun üçün kifayət qədər dəlillər var. Ermənistan birgünlük əməliyyatda da bu iradəni göstərdi və qarışmadı, Azərbaycanla şərti sərhəd boyunca savaşmadı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31