Aprel döyüşləri ermənilərin illərlə yaratdıqları miflərin süqutu idi- ÖZƏL
3 Aprel 2024 12:21 Siyasət"Aprel döyüşlərindən artıq 8 il ötür. Məhz bu döyüşlər Azərbaycanın şanlı Zəfərinin ilk addımı idi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliabbas Salahzadə deyib: "Qalib ordumuzun rəşadətli həmlələri ilə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Bu tarixi Zəfər bir daha Ali Baş Komandan İlham Əliyevin öndərliyində Azərbaycan ordusunun rəşadətinin təcəssümü, ermənilərin illərlə yaratdıqları miflərin süqutu idi. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq və can-sağlığı diləyirəm!"