Ermənistanın atəşkəsi pozması təsadüfi deyil- ÖZƏL
3 Aprel 2024 11:47 Siyasət"Ermənistan adlı geostrateji proyektin silahlı dəstələrinin Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması təsadüfi deyil". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərlinin sözlərinə görə, bu Azərbaycanın yaratdığı yeni reallıqlara münasibətdə siyasi həzmsizlik sindromu yaşayan bəzi güc mərkəzlərinin pozuculuq niyyətindən qaynaqlanır. Təzahür isə dünya erməniliyinin çarəsiz çırpınışlarını əks etdirir:
"Əlbəttə, bu cür mövqe və vasitələrlə Türk dünyası coğrafiyasının Avrasiyanın geoiqtisadi cazibə mərkəzindən geosiyasi qüvvə qütbünə çevrilməsinin qarşısını almaq mümkün deyil. Türkdilli ölkələrin əhatə olunduğu məkan Asiyadan Avropaya uzanan geniş coğrafiyada "heartland" nöqtələrindən birinə çevriləcək. Ən əsası, yeni mərhələdə - postkonflikt erasında Azərbaycan və Türkiyənin birgə strateji təşəbbüsləri dünya siyasətində yeni miladın başlanğıcı olacaq. Bu geostrateji gerçəkliklər fonunda beynəlxalq münasibətlər sistemində çoxqütblü idarəetmə sisteminə transformasiya - keçid labüddür..."