Silahlı Qüvvələrimiz 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsini azad etdi- ÖZƏL

"44 gün ərzində Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə Ermənistan kapitulyasiya aktına imza atdı, Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən geri alındı". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev deyib: "Ötən ilin sentyabrında isə rəşadətli ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu. Bununla da, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu zəfərlərin ilk müjdəçisi isə Aprel döyüşləridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31