Atəşkəsi pozmaqda səbəb Zəngəzur məsələsini qabartmaqdır-Zeynal Əmrəliyev- ÖZƏL

"Ola bilər ki, onların niyyəti özlərinə qarşı güya hansısa təhlükənin olduğunu bəhanə edib Qərbi bura cəlb etməkdir. Burda da bir sual ortaya çıxır ki, İran və Rusiya buna razı olacaqmı?"

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Hərçənd, biz, İrandan heç bir narazılıq görmədik. Başqa vaxtı digər region dovlətlərinə "diş qıcayan" Tehran Ermənistanın bu hərəkətini görməzdən gəlir. Rusiyadan isə müəyyən açıqlamalar verilir. Şübhəsiz ki, Ermənistan Qərblə yaxınlaşdıqca Rusiyanın aqressiyası daha da artacaq. Məsələnin sonunu indidən demək mümkün deyil, hadisələrin inkişafını izləmək lazımdır. Yekun olaraq onu bildirim ki, Naxçıvan istiqamətində atəşkəsi pozmaqda səbəb sırf Zəngəzur məsələsini qabartmaqdır. Kəndlərimizi hələ də təhvil verməyən Ermənistan elə bir görüntü yaratmağa çalışır ki, guya Azərbaycan Zəngəzur istiqamətində hücuma keçəcək. 5 apreldə Paşinyan qərbli diplomatları bu məsələdə inandırmalıdır. Bu təxribatların əsas məqsədi məhz budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31