Paşinyan özünü məzlum göstərmək üçün bu oyunlara əl atır-Zeynal Əmrəliyev- ÖZƏL
2 Aprel 2024 18:06 Siyasət"Ermənistan uzun müddətdir ki, təxribata hazırlaşırdı. Sosial şəbəkələrdə Azərbaycanla sərhədə qoşun yığılması barədə görüntülər vardı. Təxribat gözlənilirdi. Bu onların 5 aprel görüşünə etdiyi hazırlıqdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Nikol Paşinyan özünü Entoni Blinklen və Ursula Fon der Leyen qarşısında məzlum göstərmək üçün bu cür oyunlara getməlidir. Təxribatın Naxçıvan istiqamətində baş verməsinin digər bir səbəbi də Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanı yeni döyüşə həvəsləndirənlərin əsas məqsədi elə Zəngəzur dəhlizinə mane olmaqdır. Rəsmi İrəvan da ənənəvi siyasətini davam etdirir. Xaricdən gələn əmrləri "baş üstə" deyərək icra edir. Ancaq məsələnin digər tərəfi də onlar üçün aydın olmalıdır. Azərbaycan çox güclü dövlətdir. Regionda ən güclü orduya sahibik. Son illərdə baş verən hadisələr bunu sübut etdi. Buna görə baş verəcək məşğuliyyəti qabaqcadan hesablamalıdırlar".