Ermənistan əlindən gələni edir ki, regionu və bölgəni şantaj etsin-Tural İsmayılov- ÖZƏL

"Görünür, Ermənistan Azərbaycanla sülhə gəlmək yerinə tamamilə Qərbin təxribatçı provakasyon əlaltısına çevrilməyə doğru gedir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün Ermənistanın Azərbaycan əleyhinə fəaliyyət göstərməsi, ölkəmizin maraqlarını təhdid etməsi, həmçinin Ermənistanda Aİ-nin mülki müşahidə missiyası adı altında Qərb casus şəbəkəsinin fəaliyyət göstərdiyi bir dövrdə, Aİ, Ermənistan və ABŞ dövlət katibi Antoni Blinken arasında Brüsseldə keçiriləcək görüş ərəfəsində qəsdən Azərbaycanla sərhədlərdə Ermənistan növbəti dəfə atəşkəsi pozur. Əslində, uzun müddətdir atəşkəslə bağlı nisbi sakitlik hökm sürsə də, Ermənistan artıq Brüssel görüşü ərəfəsində vəziyyətin gərginləşməyinə çalışır. Bu da Ermənistanın növbəti dəfə nə qədər sülhdən uzaq olan, bölgəni nə qədər təhdid edən bir ölkə olduğunu açıq-aydın ortaya qoymuş olur. Bu gün faktiki olaraq Ermənistan hansısa müstəqil siyasi qərar qəbul etmək iqtidarında deyil. Ermənistanla hansısa bir formada danışmaq da mümkün olmur. Ermənistan əlindən gələni edir ki, regionu və bölgəni şantaj etsin, burada gərginlik ocaqları yaratsın. Bütün bu hadisələrin nəticəsində məğlub olan Ermənistanın özü olur və buna görə də bu formada da davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31