Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün  ödənişsiz tibbi müayinə təşkil ediləcək

Xüsusi qayğıya ehtiyacı olan uşaqların ödənişsiz tibbi müayinəsi aparılacaq. Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Autizm Assosiasiyasının prezidenti, millət vəkili Jalə Əhmədova bildirib: "Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq həyata keçirəcəyim növbəti layihə "Məlhəm" beynəlxalq hospitalda baş tutacaq.
Belə ki, "Məlhəm" beynəlxalq hospitalda xüsusi qayğıya ehtiyacı olan uşaqların ödənişsiz  tibbi, psixiatrik  və psixoloji müayinəsinin aparılması məqsədilə Sosial Layihə gerçəkləşdirəcəyik.
Aprelin 8-i, saat 12:00-da başlayacaq müayinələrdən yararlanmaq üçün +99470 206 05 91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz".
Ünvan: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 433.
"Məlhəm" beynəlxalq hospital

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31