Ermənilər hər zaman azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər- ÖZƏL

"Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları "Böyük Ermənistan " ideyalarını  həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə həyata keçirmişlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, XIX əsrdə  Çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətyamlar törətdilər: "Sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə davam etmişlər. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu tarixdə Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada on minlərlə soydaşımız ermənilər tərəfindən soyqırıma məruz qalmışlar. 1918-ci ilin mart-aprel aylarında daşnaq-bolşevik silahlı qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər qəzalarda misli görünməmiş vəhşiliklər, kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı şəhərində, Qarabağda, Naxçıvanda və digər ərazilərdə ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan öz yurd yerlərindən qovulmuşlar".
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31