Görüş öncəsi Azərbaycanı təcavüzkar ölkə kimi göstərmək istəyirlər-Əli Mustafa- ÖZƏL

"Ermənistanın atəşkəsi pozması müəyyən qədər sürprizdir. Çünki, bu dəqiqə kəndlərin boşaldılması ilə bağlı danışırlar gedir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Hər halda Ermənistan tərəfi sanki, Azərbaycanla uzlaşmağa çalışır. Sülh sazişi ilə bağlı danışıqlar gedir. Delimitasiya və demarkasiya məsələləri ilə bağlı birgə komissiya çalışır. Yəni bir əməkdaşlıq ab-havasın olduğu anda birdən atəşkəsin pozulması, ümumiyyətlə sərhəd bölgələrinə ordu hissələrinin gətirilməsi yeni bir situasiya yaradır. Bildiyim qədər, bu gün Ermənistanda ciddi bir hazırlıq var. Hətta Hindistandan belə 15-20 min civarında əsgərin gətirildiyi deyilir. Mülki formada gətirilib, indi isə Ermənistan ordusunda təlim keçirlər və hansısa proseslərə hazırlıq görürlər. Digər tərəfdən də Ermənistanın silahlandığını görürük. Ayın 5-də üçtərəfli görüş olacaq. Ola bilsin ki, Ermənistan həqiqətən revanş götürmək istəyir. Ermənistan bir formada qisas almaq istəyir. Bu, mümkündür. Onsuz da deyirdilər ki, bizə zaman lazımdır ki, biz hazırlaşaq və itirdiklərimizi qaytaraq. Digər tərəfdən də ola bilsin, görüş öncəsi Azərbaycanı təcavüzkar, Ermənistana əziyyət verən, hücum edən tərəf kimi göstərmək istəyirlər. Onsuz da bir informasiya müharibəsi var. Bir formada Azərbaycanı gözdən salmaq və ola bilsin ki, görüş öncəsi Azərbaycanı təcavüzkar kimi göstərib Qərbin və ABŞ-nin dəstəyini almaq istəmələri ehtimalı da var. Hər halda bu məsələləri bir qədər də ciddi araşdırıb ermənilərin niyyətlərinin nə olduğunu müəyyən edə bilərik. Hər halda bir gərginlik var. Yəqin ki, Azərbaycan tərəfi də müvafiq tədbirlər görür, sərhədləri bərkidir. Prinsipcə, əslində bizim sülh sazişinin imzalanmasına yönəlik təşəbbüslərimiz çox doğru, təqdirəlayiqdir. Onu da qeyd edim ki, Qərbin Güney Qafqazda ikinci cəbhə açmaq planları var. Təbii ki, bu, Ermənistan üzərindən düşünülür. Ermənistan da öz-özü ilə müharibə edəsi deyil. Bir formada Azərbaycanı da bu prosesə qatmaq və sonunda Rusiyanın bu bölgədə təsirini məhdudlaşdırmağı planlayırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31