Ölkəmizin həyatında artıq yeni dövr başlayıb- ÖZƏL

"Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın çoxəsrlik tarixinin Zəfər səhifələri daha da zənginləşib. Ötən il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin qarşısında geniş imkanlar yaradıb". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun sözlərinə görə, qarşıya yeni hədəflər qoyulub: "Ən əsası ölkəmizin həyatında artıq yeni dövr başlayıb. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyev 2022-ci ildə  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışımızdan geniş bəhs edərək qarşıda dayanan əsas vəzifələri açıqladı. Bunlardan biri təbliğat işinin daha da gücləndirilməsidir. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir" söyləyən cənab İlham Əliyev onu da bildirdi  ki, ancaq əfsuslar olsun  ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.  Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31