İndiyə qədər gündəmə gətirilən ehtimallar özünü doğrultmağa başlayıb-Elçin Xalidbəyli- ÖZƏL

"Ermənistanın atəşkəsi pozması birmənalı şəkildə Azərbaycanı təxribata çəkmək niyyətində olduğunu göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Böyük ehtimalla, rəsmi İrəvan Azərbaycanla sərhəddə qısa müddətli də olsa toqquşmalarda maraqlıdır. Belə anlaşılır ki, həm Ermənistan, həm də onun beynəlxalq himayədarları 5 aprel Ermənistan-ABŞ-Aİ ortaq konfransı ərəfəsində Cənubi Qafqazda münaqişə ocağının yenidən alovlanması ilə bağlı müəyyən rəylərin yaranmasının onlar üçün önəmli olduğu qənaətinə gəliblər. Görünür ki, indiyə qədər gündəmə gətirilən ehtimallar özünü doğrultmağa başlayıb. Ermənistan əvvəlcə Azərbaycanla sərhəddə silahlı canlı qüvvə, hərbi texnika cəmləşdirməyə və hücum xarakterli texniki qurğular yerləşdirməyə cəhd göstərdi. İndi də ehtimal olunduğu kimi artıq atəşkəsi pozaraq hərbi təxribat törədirlər. Bunun bir qədər genişlənərək bir başa silahlı toqquşmalara çevrilməsinə cəhd edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31