Artıq Qərbi Azərbaycana qayıdış əsas hədəflərimiz sırasındadır- ÖZƏL

"44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz xalqımızın yenilməzliyini, məğrurluğunu, daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu təsdiqlədi. Ermənilər və onlara illərdir havadarlıq edib törətdikləri faciələrin miqyasını genişləndirmələrinə dəstək göstərən dövlətlər bir daha bu reallığın şahidi oldular ki, yalan təbliğatın həqiqət üzərində qələbəsi mümkünsüzdür". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Tarixi Zəfərimizdən üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması haqqın, ədalətin Azərbaycanın tərəfində olduğunu bir daha sübut etdi. Hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Xankəndidə, Xocalıda qısa müddətdə geniş quruculuq işləri həyata keçirilib. Bu il dogma yurd-yuvalarına qayıdacaq soydaşlarımız sırasında Xankəndi və Xocalı sakinləri də olacaq. Bütün bunlar tarixi ədalətin bərpasıdır. Artıq Qərbi Azərbaycana qayıdışımız da əsas hədəflərimiz sırasındadır. Xalqımız bu hədəfə də zamanında nail olacağımıza tam əmindir".     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31