Ermənistan Solovyovu kabeldən də sildi
2 Aprel 2024 13:49 SiyasətErmənistanın "Ucom" və "Team Telecom" şirkətləri Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə sinxron şəkildə ictimai multiplekslə eyni vaxtda Vladimir Solovyovun Rusiya telekanalında yayımlanan proqramlarını söndürmək qərarına gəliblər.
Olaylar xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Qeyd edilib ki, Solovyovun verilişləri "Rostelecom" şəbəkəsində də bloklandığından, bütün kabel operatorlarının milli multipleksdən siqnal götürməsi mümkünsüz olub.
Xatırladaq ki, Ermənistanın Yayım Şəbəkəsi dövlətlərarası sazişin müddəalarını mütəmadi olaraq pozduğuna görə Vladimir Solovyovun proqramlarının respublika ərazisində yayımını əngəlləyib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31